Untitled Document
Untitled Document
Untitled Document Ana səhifə E-mail
Untitled Document AzərbaycancaРусскийDeutsch
Untitled Document
Ana səhifə
Şirkət haqqında
Xidmətlər
Xəbərlər
Layihələr
Müştərilər
Faydalı məlumatlar
Əlaqə
Online sifariş

Untitled Document
Xəbərlərə abunə olun!


Untitled Document
Çinar MMC-nin saytına xoş gəlmişsiniz.
Bizim şirkətə maraq göstərdiyiniz üçün sizə minnətdarıq.

Çinar şirkəti 1991-ci ildə Yusubov Nəsib Ağası oğlu tərəfindən Ağstafa rayonunda yaradılmışdır.Fəaliyyətə uzaq Sibirdən (Krasnoyarsk, Omsk və Moskvadan) tikinti materiallarını Respublikaya gətirməklə və onun satışı ilə məşğul olmaqla başlayıb. İlk dövrlərdə Lesobirsk Karton Zavodu , Moskva Lak-Boya Fabriki, Krosnayarsk Meşə Sənayesi Fabriki və bu kimi müəssisələrlə əməkdaşlıq etmişdir.

Şirkətin inkişafı ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəldiyi illərdən sonra vüsət almağa başlamışdır.Azərbaycanda sahibkarlığın inkişafına dair verilən sərəncamlar və dövlət qayğısı “Çinar”MMC-yə də geniş yollar açmışdır. Əvvəllər "Çinar" MMC-nin kollektivi 5 nəfərdən ibarət idisə, indi şirkətdə 300 nəfərdən artıq işçi çalışır. İlk dövrlərdə fəaliyyətinə yuxarıda göstərilən sahələr üzrə başlamışdırsa, hazırda şirkət dağ-mədən sənayesi,tikinti,beynəlxalq yük daşıma və başqa xidmət sahələri ilə məşğul olur.Xeyriyyə işlərini də şirkət özünə bir öhdəlik kimi götürmüşdür.

Artıq bu gün şirkətin 300-ə yaxın maşın mexanizmləri ,qarajı,təmir sexi, ticarət mərkəzi ,2 ədəd qonaq evi və işçilər üçün nəzərdə tutulmuş yeməkxanası vardır.Şirkətdə işçilər gündə 1 dəfə pulsuz yeməklə və xüsusi geyimlərlə təmin olunurlar.

Uzun müddətdir ki , “Çinar” MMC Ağstafa Rayonu Çeyrançöl Acıdərə ərazisində sementin əsas komponenti olan “Vulkan külü” adlanan mineralı Respublika ərazisində satışı ilə məşğuldur.Şirkət vulkan külünü öz müştərilərinə çatdırılmasını dəmiryol nəqliyyatı və öz avtomaşınları ilə həyata keçirir. Bundan başqa Beynəlxalq yükdaşıma, tikinti materialların hazırlanması, qum, çınqıl və s. bu kimi tikinti materialları və yüksək keyfiyyətli alüminium və plastik qapı-pəncərələrin hazırlanması və başqa sahələr üzrə xidmət göstərir.

Hal hazırda “Çinar” MMC Qərb bölgəsində bir neçə layihəni başa çatdırmaq üzrədir və bir neçə layihələrin də üzərində işləyir .

Məqsədimiz, Respublikamızda ağır və yüngül sənayeni dünyanın inkişaf etmiş ölkələrində olan standartlara çatdırmaq, dünyanın qabaqcıl və yüksək texnologiyalarını Respublikamıza gətirməkdir.

Devizimiz " Yüksəliş "

Untitled Document © 2007 Site by Az. Service Ltd.